Qubada mərkəzi yolun kənarında məişət tullantıları təmizlənmir. Bu barədə 8 oktyabr tarixində ShimalNews-a məlumat daxil olub.

Sakinlərin sözlərinə görə, qeyd olunan ərazi şəhərin girişində, Diaqnostika Mərkəzinə və Olimpiya Kompleksinə gedən yolun üzərində yerləşir. Həmçinin, onlar əlavə ediblər ki, bir neçə istirahət mərkəzləri də bu yolun ərtafındadır.

Bu hal bir neçə il müşahidə olunur.

Daha öncə, Qubanın Ağçay çayının ətrafındakı zibil tullantıları haqqında məlumat vermişdik.

Foto Shimal.news
Foto Shimal.news