Qubada şəhidin anım mərasimi keçirilib

8 Oktyabr 2021, 13:24

Foto açıq mənbələrdən

Şəhid baş çavuş Əsgər Əhmədovun xatirəsi anılıb

Qubada şəhid baş çavuş Əsgər Əhmədovun xatirəsi anılıb. Bu barədə 8 oktyabr tarixində AZƏRTAC məlumat yayıb.

Qəhrəman döyüşçünün anım mərasimində şəhidin döyüş yoldaşları, ailə üzvləri, kənd sakinləri, və dövlət qurumları iştirak ediblər. Mərasim zamanı Şəhidin Paşaoba kənd qəbiristanlığındakı məzarı üstünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla anılıb.

Əskər Əhmədov Vətən müharibəsində Füzuli və Cəbrayıl uğrunda qəhrəmanlıqla döyüşüb. 2020-ci il oktyabrın 5-də yaxınlığında artilleriya mərmisinin partlaması nəticəsində şəhidlik zirvəsinə yüksəlib.

Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə Əsgər Əhmədov “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.