Qubanın ən böyük məktəbinin açılışı olub. Bu barədə 8 oktyabr tarixində ShimalNews-a məlumat daxil olub.

Zərdabi qəsəbəsində yerləşən tam orta məktəbin tədris binasının açılışı bugün, saat 11:00-da keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı, millət vəkili Vahid Əhmədov və Təhsil İdarəsinin nümayəndələri iştirak ediblər.

Məktəb 960 şagirdin təhsil alması üçün nəzərdə tutulub. Sinif otaqları yeni inventar və avadanlıqlar ilə təmin olunub.

Qeyd edək ki, təmir işləri zamanı sagirdlər müvəqqəti köhnə Zərdabi adlanan ərazidəki uşaq bağçasına köçürülmüşdürlər.

Daha öncə,  qeyd olunan məktəb binasının əsaslı təmiri haqqıda məlumat vermişdik.

Foto SHimal.news

Foto Shimal.news