İpək yolu kimi tanınan yolunun yenidənqurma işləri davam etdirilir. Hal-hazırda Xaçmazdan Şabrana gedən yolun üzərində yerləşən Gəndov kəndi yaxınlığında yol salınır. Bu barədə 8 oktyabr tarixində ShimalNews-a məlumat daxil olub.
Təmir işləri Samur və Xanoba postlarına gedən yolları da əhatə edir. Yolun istifadəyə verilməsi bu ilin iyun ayına planlaşdırılıb.
Qeyd edək ki, Xanoba postu da iyun ayında istifadəyə veriləcək.
Daha öncə, Qubada avtomobil yollarının asfalt səthində boya nişanları bərpa olunmuşdur.
