Xaçmazda ağacların gövdələri asfaltlanıb. Bu barədə 7 oktyabr tarixində ShimalNews-a məlumat daxil olub.

Şəhərin Məmməd Əmin Rəsulzadə küçəsində səkilərə asfalt örtüyü çəkilib. Eyni zamanda ağacların dibi də asfaltlanıb. Sakinlərin sözlərinə görə, bu hal həmçinin digər küçələrdə müşahidə olunur.

Bundan öncə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları paytaxtda bu kimi hallarla qarşılaşıb. Ağaclara lazım olan aqrotexniki xidmət göstərilib və asfalt qaldırılıb.

Foto Shimal.news
Foto Shimal.news