Xaçmazda Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən gənc rəssamların respublika müsabiqəsinin qaliblərinə mükafatlar təqdim edilib. Bu barədə 7 oktyabr tarixində məlum olub.

Vətən müharibəsində Qələbəyə həsr olunmuş müsabiqədə yüksək nəticə əldə etdiyinə görə, Quba şəhər Uşaq İncəsənət məktəbinin şagirdi Fatimə Quliyevaya III dərəcəli diplom təqdim olunub.

Həmçinin, yüksək səviyyədə şagird hazırladığına görə Quba şəhər Uşaq İncəsənət məktəbinin müəllimi Məmmədov Sadiq Faiq oğlu Fəxri Fərman ilə təltif edilib.

Tədbirdə qaliblərə diplom, fəxri fərman və hədiyyələri Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynov təqdim edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.