Qubada koronavirus xəstəsi evini tərk etdiyinə görə saxlanılıb

7 Oktyabr 2021, 15:22

Envato

Şəhər sakini profilaktik söhbətlərdən sonra evə qaytarılıb

Qubada koronavirus xəstəsi evi tərk edib. Bu barədə 7 oktyabr tarixində AZƏRTAC məlumat yayıb.

Quba şəhər sakini F.Məmmədov COVID-19 virusuna yoluxaraq ev şəraitində müalicədə olub. Lakin Məmmədovun yaşadığı ünvanı tərk etməsi polis tərəfindən aşkarlanıb.

Polis əməkdaşları həmin şəxslə profilaktik söhbətlər apararaq yaşadığı evə geri qaytarıblar.

Bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.