Quba-Xaçmaz yolunda 6 oktyabr tarixində, saat 18:30 radələrində qəza baş verib. Bu barədə ShimalNews-a məlumat daxil olub.

Alekseyevka kəndi yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib. “Vaz2107” və “Nissan” markalı minik avtomobilləri toqquşub. Hadisə yerinə DYP əməkdaşları cəlb edilib. Məlum olub ki, “07” qarşı zolağa çıxaraq qəza törədib. Nəticədə hər 2 avtomobil yararsız hala düşüb.

Xəsarət alan yoxdur.

Daha öncə, Bakı-Xaçmaz yolunda 3 avtomobilin iştirakı ilə qəza baş verdiyini məlumat vermişdik.