Qubada məktəblərin birində müəllim sayı yetərincə deyil. Bu barədə 7 oktyabr tarixində ShimalNews-a məlumat daxil olub.
Valideynlərin sözlərinə görə, Alekseyevka kənd tam orta məktəbində fənlər təhsil proqramı üzrə keçirilmir. Bu onları narahat edir. Təhsil müəssisəsinə müraciətlər olunub və cavab olaraq onlara deyilib ki, məsələnin həlli gözlənilir.
Qeyd edək ki, məktəb yeni inşa olunaraq istifadəyə verilib.
Daha öncə, Qubanın dağlıq Qrız kənd məktəbinin yeni binası istifadəyə verilməsi haqqında məlumat dərc etmişdik.