Xaçmazda Amerika Mərkəzi ingilis dilini öyrənmək (ELAC) təhsil proqramını davam etdirir. Dərslər tam ödənişsiz keçirilir. Bu barədə 6 oktyabr tarixində ShimalNews-a məlumat daxil olub.
Şagirdlər sadə və şən mühitdə xarici dili öyrənmək imkanı qazanıb. Sentyabr ayında 48 nəfərdən ibarət 4 qrup yaradılıb. Onlar 9 ay ərzində təhsil alacaqlar. Hər 3 aydan bir imtahanlar keçiriləcək. Beləliklə, nəticələri zəif olanlar kursu tərk edəcəklər. Boş qalan yerlərə yenidən tələbə qəbul olunacaq.
Qeydiyyata düşmək üçün “Xaçmaz Mərkəzi Kitabxanası”na yaxınlaşmaq lazımdır. Əlaqə üçün telefon 32-5-53-16.