Xaçmazda iş təklifləri var

6 Oktyabr 2021, 10:21

Photo Shimal.News

Daha ətraflı məqalədə

Xaçmazda iş vakansiyaları aktivdir. Bu barədə məlumat 6 oktyabr tarixində məlum olub.

AS İnşaat MMC Texniki nəzarət mühəndisi vəzifəsi üzrə vakansiya elan edib:
Səriştələr:

  • Tikinti obyektinin idarə olunmasının, planlaşdırılması işləri, tikinti texnologiyasını, qabaqcıl yerli və xarici metodiki materialları, tikintinin norma və qaydalarını,
  • Layihə-smeta və digər texniki sənədlərin hazırlanma və sənədləşdirmə, aparılan tikinti işlərinin qeydlərinin tutulması və hesabatın hazırlanması qaydalarını;
  • Tikinti sahəsində olan istehsal avadanlıqlarını, onların istismar qaydalarını;

Tələblər:

  • Ali texniki təhsil (mülki tikinti, inşaat mühəndisliyi, inşaat və texnologiya və başqa uyğun ixtisaslar)
  • Müvafiq sahə üzrə 5 ildən yuxarı iş təcrübəsi
  • Microsoft Office, AutoCad

Ətraflı

  • İş yeri Xaçmaz rayonu, Xanoba kəndində yerləşir
  • 6 günlük iş rejimi
  • İşçi qalmaq üçün yer və qida ilə təmin edilir.
  • CV üçün e-mail : [email protected] (“Texniki nəzarət mühəndisi” başlığı ilə göndərməyiniz xahiş olunur).

 

Azərbaycan Respublikasının “Gənclər Fondu” “İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis” vakansiyasını açıq elan edib:

Tələblər:

  • Ali və ya orta ixtisas təhsilli olmalı;
  • Azərbaycan dilini mükəmməl bilməli, ingilis və rus dilləri arzuolunandır.
  • Komandada işləmə qabiliyyəti, ünsiyyət, təqdimetmə bacarığı, məsuliyyət, operativlik və dəqiqlik kimi keyfiyyətlərə malik olmalı;
  • MS Office proqramlarında mükəmməl səviyyədə işləmək bacarığı olmalı.

Səriştələr:

  • Sosial şəbəkələrdə kontentləri yazmaq, yayımlamaq və şərhləri vaxtlı-vaxtında cavablandırmaq
  • Nümayəndəliyin regionda keçirilən fəaliyyətinin yerli mediada işıqlandırılmasını təmin etmək
  • Aylıq sosial şəbəkə və media hesabatlarını hazırlamaq
  • Mərkəzin korporativ üslubuna əməl etmək
  • Aylıq paylaşım planlarını hazırlamaq və icra etmək

    CV üçün link

 

Komtec LTD Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edib:

İş barədə məlumat:

  • Ödəmə terminalları qoyula biləcək yeni ünvanları (sahələri, yerləri) müəyyənləşdirir
  • Rəhbərin təqdim etdiyi plan əsasında müəyyən bazar araşdırmaları aparır
  • Mövcud ÖT(ödəmə terminalları) yerlərə müntəzəm olaraq baxış keçirir
  • Ünvan sahibləri( fərdi sahibkarlar və hüquqi şəxslərin rəhbəri) ilə danışıqlar aparılması
  • Ödəmə teminallarının idarə olunması Prosedurun”da Satış təmsilçisinə aid digər tapşırıqları icra edir

Namizədə tələblər:

  • Təhsil: Orta ixtisas
  • Ünsiyyət qurma bacarığı, Komandada işləmə bacarığı
  • Şəxsi avtomobilin olması ,ərazını yaxşı tanıması
  • MS Office proqramları ilə işləmək bacarığı
  • Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi
  • Komandada işləmə bacarığı

E-mail: [email protected]

 

Daha öncə, Xaçmazda vakansiya haqqında məlumatla bölüşmüşdük.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.