Xaçmaz rayonunda İcra Hakimiyyəti vətəndaşların onlayn formatda qəbulunu keçirib. Bu barədə məlumat 6 oktyabr tarixində məlum olub.

Qəbulda əvvəlcədən qeydiyyata düşən sakinlər iştirak edib. Onların müraciətləri videoformatda və fərdi qaydada dinlənilib. İşlə təmin olunma, ev tikintisi üçün torpaq sahəsinin ayrılması, məktəb tikintisi, kəndlərarası yolun təmiri, qaz, işıq və su təchizatının yaxşılaşdırılması, eləcə də digər sosial məsələlər dinlənilib.

Sonda səsləndirilən müraciətlərin bir qismi öz həllini tapıb. Araşdırılmasında  zərurət olanlar isə müvafiq qurumlara yönləndilib.