Xaçmaz rayonunun Muxtadır qəsəbəsində əhalini elektrik enerjisi ilə təmin etmək üçün işlər aparılır. Bu barədə 6 oktyabr tarixində ShimalNews-a məlumat daxil olub.

Köhnə işıq dirəkləri yenilənir, elektrik xəttləri çəkilir və sayğaclar quraşdırılır. Yaxın zamanda yeni transformatorların quraşdırılacağı planlaşdırılıb.

Daha öncə, Qubada əhalini elektrik enerjisi ilə təmin etmək üçün işlərin aparılması haqqında məlumat vermişdik.