Bakı-Xaçmaz yolunda 3 avtomobilin iştirakı ilə qəza baş verib. Bu barədə 6 oktyabr tarixində ShimalNews-a məlumat daxil olub.

Hadisə “təzə körpü”nün yaxınlığında qeydə alınıb. “Nissan Sunny” markalı minik avtomobili, “Ford Transit” və “Mercedes” markalı yük nəqliyyat vasitələri toqquşub. Nəticədə avtomobillər yararsız hala düşüb. Digər sürücülərə maneə yaranıb. DYP-nin əməkdaşları yolun mühafizəsini təmin ediblər.

Xəsarət alanlar haqqında məlumat dəqiqləşdirilir.

Daha öncə, Qəndob-Xaçmaz yolunda qəza baş vermişdir.