Aramsız yağan yağış Qubanın alma təsarufatına ziyan vurur. Bu barədə 6 oktyabr tarixində ShimalNews-a məlumat daxil olub.

Fermerlərin sözlərinə görə, vaxt ötür, lakin məhsulu yığmaq mümkün deyil. 1 yeşik almanın indi 15-20 manata satılacağı halda, bir müddət sonra yalnız meyvə emalı zavodlarına təhvil vermək mümkün olacaq. Bu isə 1 manat təşkil edəcək.

Bundan öncə, Qubada satışa yararsız alma, el arasında “sok zavod” adlandırılan müəssələrin aldığı haqqda məqalə dərc edilmişdir.