Qubada baxımsız vəziyyətdə qalan parkda yenidənqurma işləri aparılır. Bu barədə 6 oktyabr tarixində ShimalNews-a məlumat daxil olub.

Sakinlər bildiriblər ki, Vladimirovka kəndində yerləşən II Dünya müharibəsində həlak olan həmyerlilərimizin əbədi xatirəsinə ucadılmış parkı yararsız vəziyyətdə idi. Son günlər isə burada abadlıq və tikinti işlərinə başlandığı müşahidə edilir.

Daha öncə, Qubada II Dünya müharibəsi iştirakçılarının xatirəsinə ucadılmış digər parkın baxımsız qaldığını dərc etmişdik.

Photo Shimal.News
Photo Shimal.News
Photo Shimal.News
Photo Shimal.News