Xaçmaz rayonu, Xudat şəhərində fəaliyyət göstərən “Qala” şadlıq sarayının rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub. Bu barədə ShimalNews 5 oktyabr tarixində AQTA-ə istinadən xəbər verir.

Təşkil olunan şənlik mərasimində pandemiya dövrünün tələblərinin pozulduğu məlum olub. Xidmət göstərən işçi heyətin bəzilərinin tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi aşkarlanıb.

Daha öncə, Qubada şənlik mərasimində karantin rejimi qaydaları pozulması haqqında məlumat dərc edilmişdir.