Xudat şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə 5 oktyabr tarixində ShimalNews-a məlumat daxil olub.
Qəza səhər saatlarında baş verib. “Land Rover” və “Lada” markalı avtomobillər yolun dairəvi hərəkət hissəsinə daxil olduqda toqquşublar. Hadisə yerinə DYP və sığorta əməkdaşları cəlb olunublar.
Xəsarət alan yoxdur.
Daha öncə, Xudatda gün ərzində 2 qəza baş verdiyini dərc etmişdik.