Qəndob-Xaçmaz yolunda qəza baş verib. Bu barədə 5 oktyabr tarixində ShimalNews-a məlumat daxil olub.
Hadisə Xaçmaz rayonunun Mehrəli Qışlaq kəndinin ərazisində qeydə alınıb. “Ford Transit” və “VAZ 2106” markalı avtomobillər toqquşub. Nəticədə hər iki avtomobil yararsız hala düşüb.
Xəsarət alanlar haqqında məlumat dəqiqləşdirilir.
Daha öncə, Xudat şəhərində yol-nəqliyyat hadisəsi baş verdiyini dərc etmişdik.