Qubanın ən böyük soyuducu anbarı istifadəyə verildi. Bu barədə 5 oktyabr tarixində ShimalNews-a məlumat daxil olub.
Vladimirovka kəndində 20 kameradan ibarət saxlanc inşa olunub. Onun ümumi tutumu təxmini 5000 ton alma təşkil edir. Anbarların daxildə hətta çeşidləmə bölümü mövcuddur. Həmçinin plastik meyvə yeşiklərin istehsalı həyata keçiriləcək.
Soyuducuda göstərilən xidmətin qiyməti 1 ton məhsul üçün 40 manat təşkil edir.
Quba rayonunda 20-ə yaxın soyuducu anbar var. Fermerlər onlara sentyabrdan başlayaraq məhsulu soyuducuda saxlamaq üçün müraciət edirlər. Yanvar ayının əvvəlində isə çıxardırlar.