Qubanın Timiryazev qəsəbəsinin yeni yaşayış massivində qaz yoxdur. Bu barədə ShimalNews 5 oktyabr tarixində RealTV-ə istinadən xəbər verir.
Sakinlərin sözlərinə görə, 150 ailə mavi yanacaqla təmin edilməyib. Bir müddət öncə Azəriqaz İB-nin əməkdaşları tərəfindən əraziyə baxış keçirilib və söz verilib ki, tezliklə qaz çəkiləcək. Bu səbəbdən onlar oduncaq tədarük etməyiblər.
Bu məsələ ilə bağlı “Azəriqaz” İB-nin ictimayyətlə əlaqədar şöbəsinin müdürü Eldəniz Vəliyev bildirib: “Azəriqaz İB-nin öhdəliyi var. Bu öhdəlik ondan ibarətdir ki, 2023-ci ilə qədər Azərbaycanın bütün yerlərində, ərazilərində qazlaşma tam olaraq həyata keçirilsin. Bu proses uğurla davam etdirilir. Hal-hazırda bölgədə işlər gedir, çalışırıq ki soyuq havalar gəldiyi üçün işlərimiz maksimum intensiv olsun, real nəticələr olsun. Bu ərazinin qazlaşması prosesi gündəmdədir”.
Bundan öncə, ShimalNew-un sosial şəbəkələrinin izləyiciləri, qazın olmaması haqqında məlumat vermişdirlər. Xaçmazın Yalama qəsəbəsində 100-ə yaxın ailə 6 ildir ki, qazlaşdırılmanı gözləyirlər.