Hüseyn Musayev: həyatı boyu millətini öyrədən və müdafiə edən müəllim

5 Oktyabr 2021, 17:37

Photo soyqirim.az

O,  Leninin qəbulunda ermənilərin Quba qəzasında törətdikləri soyqırım barədə məlumat vermişdir

Hüseyn Musayev 1879-cu ildə Şamaxı şəhərində anadan olub. O, bir müddət Quba qəzasının Qusar ərazisində yaşayıb, burada fəaliyyət göstərib.

1911-1921-ci illərdə Musayev Qusarın Ukur və Həzrə kəndlərində iki sinifli məktəblər inşa etdirmişdir və burada çalışmışdır. O, həmçinin Qusarda pedaqoji məktəblər açmışdır. Burada Musayev, yazıçı Əliməmməd Mustafayev və şair Əhməd Cavadla birgə dərs demişdir.

Hüseyn Musayev, 1917-1918-ci illərdə Quba qəzasında “Qanlı dərə” döyüşündə Daşnaksutyun partiyasının liderlərindən biri olan Hamazaspın dəstələrinə qarşı döyüşmüşdür.

1921-ci ildə Musayev, Quba qəzasının nümayəndəsi qismində, SSRİ-nın qurucusu V.İ.Leninin qəbulunda olmuşdur və erməni daşnakların Quba qəzasında törətdikləri soyqırım barəsində ona məlumat vermişdir.

Musayev 1921-1924-cü illərdə Quba Qəzası Xalq Təhsili Şöbəsinə rəhbərlik etmişdir. 1925-1928-ci illərdə o, Naxçıvanın təhsil komissarı və Naxçıvan Xalq Komissarları Sovetinin sədri vəzifələrində çalışmışdır. 1928-1930-cu illərdə isə, Azərbaycan Pedaqoji İnstitutun direktoru olmuşdur.

Hüseyn Musayev 1937-ci ildə repressiyaya məruz qaldığına baxmayaraq, 1943-cü ildə azadlığa buraxılmışdır. Musayevin ölümü barədə dəqiq məlumat yoxdur.

 

Mənbələr:

  1. Sədaqət Kərimova. Qusar, qusarlılar. Bakı-2011.
  2. http://soyqirim.az/link/6839

 

 

 

 

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.