Xudat ərazisində nəqliyyat vasitələri qəza törədiblər. Bu barədə 3 oktyabr tarixində ShimalNews-a məlumat daxil olub.

Şəhər ərazisində 2 ədəd “VAZ 2107” markalı minik avtomobilləri toqquşub. Hadisə yerinə yol polisi və sığorta əməkdaşları cəlb olunub.

Xaçmaz-Xudat istiqamətində “Mercedes” və “Hyundai” markalı sərnişin daşıyan avtobus qəza törədib.

Xəsarət alan olmayıb.

Daha öncə, Qubada “svetofor” adlanan yerdə qəza baş vermişdir.