Xaçmazda gənc televiziya mütəxəssislərə təlimlər keçirilib

4 Oktyabr 2021, 17:52

Depositphoto

Sonda təlim iştirakçılarına sertifikatlar təqdim edilib

Xaçmazda televiziya sahəsində yeni fəaliyyətə başlayan gənclər seminara cəlb olunub. Bu barədə Shimal.news 4 oktyabr tarixində “Azərtac”a istinadən xəbər verir.

“Televiziya işinin təşkili, müasir mediada günün tələbləri” mövzusunda keçirilən  tədbirə gənc mütəxəssislər qatılıb. Təşkilatçılıq  “ARB Günəş” televiziyası tərəfindən təmin olunub.

Seminar 2 həftə davam edib. Gənc mütəxəssislər televiziya biliklərini artırıb, media əməkdaşları arasında peşəkar münasibətləri yaranıb. İştirakçılar müxtəlif mövzularda təlimatçıların məruzələrini dinləyib, təqdimatlarla tanış olublar.

Sonda təlim iştirakçılarına sertifikatlar təqdim edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.