Xaçmazda yeni ədəbiyyatın sərgisi təşkil olunub. Bu haqda 4 oktyabr tarixində regional mədəniyyət idarəsi məlumat verib.

Tədbiri Qalağan kənd kitabxana filialının işçiləri təşkil edib. Sərgidə Natəvan Xurşidbanunun əsərləri, Nizami Gəncəvinin lirikası, “Leyli və Məcnun”,  “Xosrov və Şirin”,  “Türk xalqları ədəbiyyatı antologiyası”, xarici ədəbiyyatdan Marqaret Mitçelin “Küləklə sovrulanlar” II cild, Con Faulz seçilmiş əsərləri, Elias Kanetti korlaşma, Herbert Uellsin seçilmiş əsərləri, Eyvind Yonsonun seçilmiş əsərləri nümayiş olunub.

Maraqlı faktlardan biri də odur ki, sərgidə “Küləklə sovrulanlar” haqqında danışılıb. Bu roman 10 il ərzində 190 dəfə yenidən nəşr olunmuşdur.

Daha öncə, Xaçmaz rayon mərkəzi kitabxanasının uşaq şöbəsi açıq havada kitab sərgisi keçirmişdir.