Xaçmaz rayon sakini Anar Əsədov narkotik vasitələri ilə tutulub. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti oktyabrın 3-ü məlumat verib.
Əsədova məxsus avtomobil Siyəzən rayon Zarat stasionar postu ərazisində saxlanılıb. Onun üzərində və nəqliyyat vasitəsində baxış keçirilən zaman “patı”, “şüşə” adlanan narkotik vasitə metamfetamin və marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı istintaq aparılır.
Daha öncə, 2 Xaçmaz sakini narkotikin qanunsuz dövriyyəsinə görə tutulmuşdur.