Xaçmazda yeni radarlar və təhlükəsizlik kameraları quraşdırılıb. Bu barədə 4 oktyabr tarixində ShimalNews-a məlumat daxil olub.

Şəhərin Rəşid Behbudov küçəsində avtomobillərin sürət həddinə nəzarət üçün radarlar quraşdırılıb. Həmçinin, Atatürk prospektində müşahidə üçün kameralar qurulub.

Qeyd olunan nəzarət sistemləri qurulmuşdur, lakin fəaliyyət göstərmirdi. Bir neçə gün öncə başlanılan elektrik təminatı işləri yekunlaşıb və sistem artıq işə salınıb.