Qubada yeni tibbi klinika açılacaq. Bu barədə 4 oktyabr tarixində ShimalNews-a məlumat daxil olub.
Şəhərin Qələbə küçəsində yerləşəcək klinikanın binasında tikinti işləri yekunlaşmaq üzrədir və yaxın günlərdə istifadəyə veriləcək. Tibbi müəissədə laboratoriya, ultra səs müayinə (USM), doppleroqrafiya, kardioloq (EXO. EKQ), ginekoloq, endrokrinoloq, nevropatoloq, LOR, hepatoloq, infeksionist, oftalmoloq, pediatr, stomatoloq xidmətləri göstəriləcək.
Daha öncə, Qubada iki xəstəxananın birləşdirilməsi haqqında məlumat vermişdik.