Qubada əhalini elektrik enerjisi ilə təmin etmək üçün işlər aparılır. Bu barədə 4 oktyabr tarixində ShimalNews-a məlumat daxil olub.

Əski İqrığ kəndində 2 transformator quraşdırılıb. Köhnə elektrik dirəklər yeniləri ilə əvəz edilib. Artıq naqillərin birləşməsi aparılır. Yaxın zamanda işlərin yekunlaşması planlaşdırılıb.

Daha öncə, Məçkə-xacə kəndində elektrik təsərrüfatı yararsız halda olduğunu dərc etmişdik.