Qubanın daş bazarında qiymət ucuzlaşıb. Bu barədə 4 oktyabr tarixində ShimalNews-a məlumat daxil olub.
Quba – Bakı yolunda yerləşən daş bazarında qiymət təhlili aparılıb. Son həftə ərzində qiymətin təxmini 0,15 manat aşağı düşdüyü məlum olub. Güzdəh – 0,45-0,5 manat, Abşeron isə 0,5-0,55 manata satılır. Bundan öncə, yay fəslində bu tikinti materialları 0,6-0,7 manat aralığında idi.
Satıcıların sözlərinə görə, tikinti mövsümü bitdikdən təlabat azalıb. Beləliklə qiymətlər enib. Həmçinin, yük maşınları bazara daxil olduqda 20 manat ödəyirlər. Deməli, birbaşa ünvana sifariş olunsa alıcıya daha sərfəli olar.
Daha öncə, Qubada tikinti materialların qiymətində artım baş verdiyini dərc etmişdik.