Quba-Xaçmaz yolunda bugün, saat 16:00 radələrində qəza baş verib. Bu barədə 4 oktyabr tarixində ShimalNews-a məlumat daxil olub.
Barlı kəndi ərazisində “QAZ” və “Lada” markalı minik avtomobilləri toqquşub. Hadisə yerinə DYP-nin əməkdaşları və sığorta işçiləri cəlb olunub. Şahidlərin sözlərinə görə, yol-nəqliyyat hadisəsi yağmurlu hava şəraiti və sürücülərin döngə işarələrin düzgün istifadə etməməsi səbəbindən olub.
İlkin məlumata görə xəsarət alan yoxdur.
Daha öncə, Qubada “svetofor” adlanan yerdə qəza baş vermişdir.