Dünyada dağ yəhudilərin yeganə muzeyi

4 Oktyabr 2021, 14:28

Photo Shimal.News

Bu muzey dağ yəhudilərinin tarixinə və mədəniyyətinə həsr edilib

Dağ Yəhudilərinin Muzeyi Quba şəhərində Qırmızı Qəsəbədə yerləşir. Muzey Karçogi sinaqoqunun yerində tikilib və 3 fevral 2020-ci ildə açılışı baş tutub.

Muzeyin direktoru İqor Şaulovun sözlərinə görə: “Dağ Yəhudilərinin Tarixi Muzeyi dünyada yeganədir. Burada sənədlər, əşyalar və əsərlər var. Bu muzey dağ yəhudilərinin tarixinə və mədəniyyətinə, keçmişinə və bu gününə həsr edilmişdir. Yəhudi və Azərbaycan xalqları arasında yüksək dərəcədə əlaqəni və qarşılıqlı hörməti əks etdirir ”.

Dünya dağ yəhudilərini birləşdirən, ən böyük təşkilat olan beynəlxalq xeyriyyə fondu, muzey üçün eksponatlar yığıb. Eksponatların arasında dünyanın müxtəlif yerlərindən gətirilən geyim, zərgərlik, ayin qabları, əlyazmalar, kitablar və antik əşyalar var. Beləliklə, Dağ Yəhudiləri Muzeyinin layihəsi hazırlanıb və həyata keçirilib. 

Sovet dövründə, muzeyin yerində olan Karçogi sinaqoqu anbar kimi fəaliyyət göstərmişdir. SSRİ dağıldıqdan sonra, bina sökülmüşdür. Burada muzeyin yaradılması iki problemi bir anda həll etdi: bir tərəfdən sinaqoqu bərpa etmək mümkün oldu, digər tərəfdən isə muzey üçün bir yer tapıldı.

Muzeyi ziyarət etmək üçün biletləri Qırmızı Qəsəbədə, turizm məlumat mərkəzindən əldə etmək olar.

 

 

Mənbələr:

 

  1. https://azertag.az/ru/xeber/V_Azerbaidzhane_chtut_tradicii_gorskih_evreev_VIDEO-1721927
  2. https://vestikavkaza.ru/articles/muzey-istorii-i-kultury-gorskikh-evreev-otkrylsya-v-krasnoy-slobode.html
  3. https://masimovasif.net/%D0%BC%D1%83%D0%B7%D0%B5%D0%B9-%D0%B3%D0%BE%D1%80%D1%81%D0%BA%D0%B8%D1%85-%D0%B5%D0%B2%D1%80%D0%B5%D0%B5%D0%B2-%D0%B2-%D0%B0%D0%B7%D0%B5%D1%80%D0%B1%D0%B0%D0%B9%D0%B4%D0%B6%D0%B0%D0%BD%D0%B5/

 

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.