Xalq Bank “Xaçmaz” və “Qusar” filiallarında vakansiyalar elan edib.

Vəzifə: Bankın Xaçmaz filialının Kredit şöbəsinin mütəxəssisi

İş qrafiki: 09:00 – 18:00 / Bazar ertəsi – Cümə

Namizədə dair tələblər:

Maliyyə, İqtisadiyyat, Menecment və hüquq sahəsində ali magistr təhsili;

Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);

Bank və ya bank olmayan kredit təşkilatında təcrübə arzuolunandır;

Analitik zəkaya malik olmaq və müştərilərlə işləmək qabiliyyəti;

Riyazi hesablama aparmaq qabiliyyəti;

Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;

İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;

Kompyuter bilikləri.

İşin təsviri:

Müştəriyə bankın kredit məhsullarına dair məlumatın verilməsi;

Kredit müraciətlərinin qəbulu və analizi;

Müraciətlərin Bankın kredit komitəsində müdafiəsi;

Kredit sənədlərinin tərtibi;

Kredit portfelinə nəzarət və idarə etmək;

Müştəri hesablarının aparılmasına nəzarət;

Verilmiş kreditlərə dair xidmətlər və onların monitorinqinin aparılması.

QEYD:  Tələblərə uyğun olmayan və “Subject” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV”lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, Xalq Bankın CV formasını doldurmaqla göndərilməlidir.

 

Vəzifə: Qusar filialının Müştəri xidməti şöbəsinin mütəxəssisi

İş qrafiki: 09:00 – 18:00 / Bazar ertəsi – Cümə

Namizədə dair tələblər:

Maliyyə, İqtisadiyyat, Menecment və hüquq sahəsində ali magistr təhsili;

Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);

Bank və ya bank olmayan kredit təşkilatında  təcrübə arzuolunandır;

Ünsiyyətcil, təşəbbüskar və mülayim olmaq;

Analitik zəkaya malik olmaq və müştərilərlə işləmək qabiliyyəti;

Riyazi hesablama aparmaq qabiliyyəti;

Mükəmməl kommunikasiya və insanları inandırma qabiliyyəti;

Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;

Yüksək qavrama və öyrənmə qabiliyyəti;

İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və yeni ideyaları         stimullaşdıra bilmək bacarığı;

İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;

Kompüter bilikləri.

İşin təsviri:

Müştərilərin müraciətlərini cavablandırmaq, bankın məhsul və xidmətləri haqqında ətraflı, dolğun məlumat və məsləhətlər vermək;

Müştərilərin eyniləşdirilməsini təmin etmək, onlara müvafiq hesablar açmaq (hesabları bağlamaq), hesab sahibinin tapşırıqlarına əsasən müvafiq əməliyyatların aparılmasını təmin etmək;

Əməliyyatın aparılması üçün müştərilərin təqdim etdiyi sənədləri (müqavilələri, hesab-fakturaları və digər sənədləri) yoxlamaq;

Müştərilərin istəyinə uyğun olaraq onlara hesab qalıqları barədə arayış və çıxarış tərtib edərək təqdim etmək;

Cari sənədlərin yığılması, saxlanılması və arxivləşdirilməsini həyata keçirmək.

QEYD:  Tələblərə uyğun olmayan və mail-də “Mövzu” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV”lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, Xalq Bankın CV formasını doldurmaqla göndərilməlidir.

 

Əlaqə vasitələri:

E – mail:   [email protected]

Telefon:  (012) 404 43 39

Faks:(012) 404 43 34