Xaçmazlı məzun prezident təqaüdünə layiq görülüb. Bu haqda 2 oktyabr tarixində məlum olub.
Dövlət İmtahan Mərkəzi sərəncamı imzalanmış siyahını təqdim edib. Xaçmaz şəhər akademik Zərifə Əliyeva adına 8 nömrəli məktəb-liseyin məzunu Aydın Nurkişiyev təqaüd alanların siyahısındadır. O, ADA universitetinin iqtisadiyyat fakültəsinə 670 balla daxil olub.
2020/2021-ci tədris ilində Xaçmaz rayonundan ali məktəblərə qəbul olmaq üçün 767 məzundan 617-i tələbə adını qazanıb. Onların 54-ü 500-dən, 13-ü isə 600-dən yuxarı bal toplayıb.