Xaçmaz rayonu İstisu qəsəbəsinin bir hissəsində bir neçə ildir ki, istiliklə bağlı çətinlikər yaşanır. Bu barədə Shimal.news 2 oktyabr tarixində “RealTV” istinadən xəbər verir.

Sakinlərin sözlərinə görə, imkanı olanlar fərdi şəkildə evlərinə qaz çəkdiriblər. Digər sakinlər isə məcbur qalaraq yanacaq mənbəyi kimi odundan istifadə edirlər. İstisu qəsəbəsinin bir hissəsi hələ sovet dövründə qazla təmin edilib. Lakin qəsəbədə yaşayan 150 ailə mavi yanacağın olmamasından narazıdılar.

Qəsəbə sakinlərinin problemi ilə bağlı “Azəriqaz” İB-ə müraciət olunub.

Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bildirib, ki qazlaşma prosesi mərhələli şəkildə apardığı üçün, qeyd olunan ərazi ən gec 2023-cü ilin sonuna kimi mavi yanacaqla təmin olunacaq.