O, pul və qızıl-zinət əşyaları oğurlayıb
Xaçmaz rayon sakini 30.000 manat dəyərində oğurluq edib. Bu barədə Shimal.News 2 oktyabr tarixində “Report”a istinadən məlumat verir.
DİN-nin Mətbuat xidmətindən verilən məlumata görə, Şabran rayonunda evlərdən oğurluq edən N.Əliyev saxlanılıb. O, rayon ərazisində bir evdən 5300 manat, digər evdən isə 24.952 manat dəyərində qızıl-zinət əşyaları oğurlayıb.
Faktla bağlı araşdırma aparılır.
Daha öncə, Qubada silsilə oğurluq edən səxş tutulmuşdur.