Qubada satışa yararsız alma “sok zavoda” təhvil verilir. Bu barədə 2 oktyabr tarixində ShimalNews-a məlumat daxil olub.

Fermerlərin sözlərinə görə, meyvə emalı zavodlar 1 tona görə 40 manat ödəniş edir. Bu isə təxmini 40 yeşik alma deməkdir. Mövsümün qurağlı keçməsi məhsulun az olması ilə nəticələnib. Son günlər rayonda müşahidə olunan qeyri-sabit hava şəraiti yararsız məhsulun sayını artırıb.

Bundan öncə, Qubada alma yığımı haqqında məlumat vermişdik.