Qubada kənd təsərrüfatı təyinatlı texnikanın satışı lizinq şirkətləri ilə aparılır. Bu barədə 2 oktyabr tarixində ShimalNews-a məlumat daxil olub.

Kənd təsərrüfatı ilə məşğul olan sahibkarlara və fermerlərə “Aqrar Kredit İnkişaf Agentliyi” vasitəsilə lizinq verilir. Sakinlər ilkin 20% ödəniş edirlər. Geriyə qalan 40%-i dövlət qarşılayır və digər 40% məbləğ isə 5 ilədək faizsiz hissələrə bölünür.

Tələb olunan sənədlər: VÖEN, sahibkarlıq hesabı, şəxsiyyət vəsiqəsi.

Daha ətraflı Quba şəhəri, H.Əliyev pr. 199a ünvanında “Prior Leasing” şirkətinə yaxınlaşaraq və ya 051 205 90 66 əlaqə nömrəsinə müraciət edərək öyrənmək olar.

Daha öncə, Qubada texnika satışının 40% endirimlə həyata keçirildiyi haqqında məlumat vermişdik.