Qubada tikinti materialların qiymətində artım baş verib. Bu barədə 2 oktyabr tarixində ShimalNews-a məlumat daxil olub.
Bu günə olan qiymətlər ötən illə müqayisədə təqdim olunur: 10 mm dikt 11,5 manat idi, 26,5 manat olub; 1 kub taxta 280 manat idi, 450-530 manat arası olub; 10 mm dəmir armatur 0,85 manat idi, 1,5-1,6 manat aralığında dəyişir. Digər tikinti materialları da bahalaşıb.
Satıcıların sözlərinə görə, hər gün qiymət artır və ucuzlaşmayacaq. Gün ərzində belə qiymət fərqli ola bilər. Onlar səbəb izah edə bilməyib, yalnız baha alıb və baha satdıqlarını bildiriblər.
Bunadan öncə, Qubada tikinti materialların satışı piyadalara maneə törətdiyi barədə məlumat dərc etmişdik.
