Dövlət Gömrük Komitəsi açıq tenderə yekun vurub
Xaçmaz rayonunun Xanoba kəndində gömrük postunun kompleks tikintisinə daha 9 milyon manat vəsait ayrılıb. Bu barədə 1 oktyabr tarixində “Report” məlumat verib.
Dövlət Gömrük Komitəsi (DGK) Şimal Ərazi Baş Gömrük İdarəsinə məxsus gömrük postunun tikintisi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. Tenderin qalibi “AS İnşaat” MMC olub. Şirkətə 9,2 milyon manat ödəniləcək.
Qeyd edək ki, Prezident İlham Əliyev ötən ilin aprel ayında “Xanoba” gömrük postunda tikinti işləri ilə bağlı sərəncam imzalamışdır. 2020-ci ildə DGK-ə dövlət büdcəsindən ilkin olaraq 4 milyon manat ayrılmışdır. Ümumilikdə tikintinin birinci mərhələsi üçün 8 milyon manat ödənilmişdir.