Qusar Dövlət Ləzgi Dram Teatrı tamaşa hazırlayır

1 Oktyabr 2021, 18:00

medeniyyat-nazirliyi- rəsmi sayt səhifəsindən

Zəfər Günündə tamaşaçılara təqdim olunacaq

Qusar Dövlət Ləzgi Dram Teatrı “Çingiz dastanı” tamaşasını hazırlayır. Bu barədə 1 oktyabr tarixində  “AZƏRTAC” məlumat verib.

Teatrların fəaliyyətinin bərpa edilməsinə icazə verilməsi ilə bağlı qərarından sonra, ilk tamaşaya qoyulacaq əsər seçilib və Zəfər Günündə tamaşaçılara təqdim olunacaq.

Əməkdar incəsənət xadimi Abdulla Qurbaninin Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun xatirəsinə həsr etdiyi “Çingiz dastanı” əsəri əsasında hazırlanan tamaşanın məşqləri başlayıb.

“Tamaşa böyük zövqlə hazırlanır. Hazırlıqlara 50-yə yaxın aktyor və texniki heyət cəlb olunub. Əsərdə cəmi 22 il ömür sürən Çingiz Qurbanovun böyük şücaət, igidlik göstərərək xalqımızın qəhrəmanlıq salnaməsinə yeni səhifə yazmasından bəhs edilir. Tamaşanı Zəfər Günündə təqdim etməyi planlaşdırırıq”, – deyə Faiq Qardaşov söyləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.