Qubanın “Şahdağ” futbol klubu qələbəsini helikopter qəzasında həyatını itirən hərbiçilərimizə həsr ediblər. Bu barədə ShimalNews 1 dekabr tarixində klubun rəsmi facebook səhifəsinə istinadən xəbər verir.
Noyabrın 30-u Reqion liqası çərçivəsində “Şahdağ” və “İrəvan” komandaları qarşılaşıb. Oyun Bakıda keçirilib. Komandamız 5-1 hesabı ilə liderliyini qoruyub saxlayıb.
Daha öncə, Qubanın “Şahdağ” futbol komandasının rəqibi meydançanı məğlub olaraq tərk etdiyi haqqında məlumat vermişdik.