Qubada zəlzələ olub. Bu barədə 1 oktyabr tarixində “Report” xəbər verib.
Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən bildirilib ki, yerli vaxtla saat 09:28-də Quba stansiyasından 6 km qərbdə zəlzələ qeydə alınıb.
Maqnitudası 3,1, dərinliyi 10 km olan zəlzələ hiss olunmayıb.