Quba: Xınalıq və Qırız kəndlərinə ilk qar yağdı

1 Oktyabr 2021, 15:33

Foto Shimal.news

Qubanın  bəzi kəndlərinə qar yağıb. Bu barədə 1 oktyabr tarixində “AZƏRTAC” xəbər verib.

Xınalıq və Qırız kəndlərinə ilk qar gecə saatlarında yağmağa başlayıb və bununla əlaqədar temperatur aşağı düşüb. Qarın hündürlüyü Xınalıq kəndində 2, Qırızda isə 3 santimetrə çatır.

Qeyd edək ki, Xınalıq kəndi dəniz səviyyəsindən 2350 metr yüksəklikdə yerləşir.

Daha öncə, Quba rayonunun dağlıq ərazilərinə qar yağmışdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.