ABŞ və İsrailin ölkəmizdəki səfirləri Qubaya gəliblər

1 Oktyabr 2021, 10:48

Foto aciq mənbələrdən

Onlar əməkdaşlıq imkanlarını müzakirə ediblər

ABŞ və İsrailin Azərbaycandakı səfirləri Qubanı ziyarət ediblər. Bu barədə 1 oktyabr tarixində “AZƏRTAC”  xəbər yayıb.

ABŞ-ın səfiri Örl Litzenberger və İsrailin səfiri George Deek ilə birlikdə dağ yəhudilərinin yaşadığı Qırmızı qəsəbəyə səfər ediblər.

“Dağ Yəhudiləri” muzeyinin direktoru İqor Şaulovun təşkil etdiyi tur çərçivəsində qonaqlara dağ yəhudilərinin mədəni irsi və tarixi ilə bağlı ətraflı məlumat verilib. Mədəni irsin qorunması və turizmin daha da inkişaf etdirilməsi üçün səfirlər əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.