Xudatda yağış göl yaradıb

30 Sentyabr 2021, 11:25

Foto Shimal.news

Məktəbin həyətini su basıb

Xaçmaz rayonunda yağan yağışlar fəsad törədib. Bu barədə 30 sentyabr tarixində Shimal.News-a məlumat daxil olub.

Xudat şəhər Nəriman Nərimanov adına 2 saylı tam orta məktəbin ərazisini su basıb. Buna baxmayaraq, məktəb binasına daxil olmaq üçün şərait var.

Bir gün öncə, Xudatda rabitə dirəkləri güclü yağış və külək nəticəsində qəzalı vəziyyətə düşmüşdür.

Foto Shimal.news

Foto Shimal.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.