Xudatda bazarın yolları yararsız vəziyyətdədir

30 Sentyabr 2021, 17:43

Foto Shimal.news

Yağışa görə orada gölməçələr yaranır

Xudat bazarının yolları gölməçə içindədir. Bu barədə 30 sentyabr tarixində ShimalNews-a məlumat daxil olub.

Xudat-Bostançi yolunun kənarında yerləşən bazarın içində olan yollar yararsız vəziyyətdədir. Yağıntılar zamanı qeyd olunan ərazi gölməçə və palçıq içində olur, orada hərəkət çətinləşir. Bazarın işçiləri çuxurları çınqılla doldururlar, lakin bir müddət sonra hər şey əvvəlki vəziyyətə qayıdır.

Qeyd edək ki, bazar yalnız həftənin son günü səhər saat 07:00-dan 13:00-dək fealiyyet göstərir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.