Xudatda 1-ci Qarabağ müharibəsinin iki qazisi üçün evlər tikilib. Bu barədə 30 sentyabr tarixində Shimal.News-a məlumat daxil olub.

Şəhərin 3-cü şöbə adlanan ərazisində, Xudat-Bostançı yolunun kənarında yerləşən evlərin tikinti işləri yekunlaşır. Torpaq sahəsi Xudat şəhər bələdiyyəsi tərəfindən ayrılıb.

Qeyd edək ki, evlərdən biri 1-ci Qarabağ müharibəsinin qazisi Babək Hüseynliyə veriləcək. Onun oğlu, Səbuhi Hüseynli Vətən müharibəsi zamanı aldığı qəlpə yarasından 6 ay komada qalmış, aprelin 15-də şəhid olmuşdur.