Xaçmazlı “Topçu Vüsal”: döyüş kadrları nəcə çəkilib

30 Sentyabr 2021, 12:00

Foto aciq mənbələrdən

Xaçmaz rayonunun Qusarçay kənd sakini, “Topçu Vüsal” kimi tanınan Vətən müharibəsi iştirakçısı Vüsal Şahkərimov onun məşhur kadrları haqqında danışıb. Bu barədə 30 sentyabr məlum olub.

Qubadlının Sarıyataq kəndində döyüş zamanı, Müdafiə Nazirliyi döyüş taktikalarını lentə alırdı. Bu səhnə təsadüfi yaranıb. Əsgərlər üzərilərinə düşən missiyanı yerinə yetirməyə çalışırdı. Vüsalın sözlərinə görə, odun-alovun içində çəkilən duruş isə “Döyüşə inamla gedən Azərbaycan əsgərinin qəzəbini” nümayiş etdirir.

2019-cu il iyunun 29-da Vüsal ad gününü qeyd edərək, hərbi xidmətə yollanıb. Bir il sonra, sentyabrın 27-də, xalqımızın 30 il gözlədiyi “irəli” əmrini alaraq, döyüşlərdə iştirak edib. O, Vətən müharibəsində Füzuli, Cəbrayıl, Qubadlı ərazilərində döyüşüb və Şuşada xidmətini davam etdirib. O, “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.