Xaçmazda şəhid gizir Orxan Çobanovun ildönümü keçirilib. Bu barədə 30 sentyabr məlum olub.
Mərasimdə İcra Hakimiyyətinin birinci müavini, hüquq-mühafizə orqanlarının əməkdaşları və Pirquluoba kənd sakinləri iştirak ediblər. Onlar şəhidin ruhuna dualar oxuyublar. Daha sonra tədbir xatirə kompleksində davam edib.
Çobanov 44 günlük Vətən müharibəsində, Füzuli döyüşləri zamanı sentyabrın 28-də şəhidlik zirvəsinə ucalıb. Bir gün sonra doğulub boya başa çatdığı Pirquluoba kənd qəbirstanlığında dəfn olunub. O, göstərdiyi şücaətlərə görə “Vətən uğrunda”, “Füzulinin işğaldan azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.
Daha öncə, Çobanov ailəsi övladları üçün bulaq-abidə inşa etdidikləri barədə məlumat vermişdik. Burada həmçinin digər 8 şəhidin abidəsi yer alıb.